Haqqımızda
Sənayedə texniki təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 1928-ci ildə Bakı Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Həmin dövrdən başlayaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ixtisaslaşmaqla öz inkişafına başlayıb. Keçmişdə ümumittifaq Neft Elmi-Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutu adlanan 100 ilə yaxın bir tarixi olan bu institut, ümumittifaq miqyasında şöhrət qazanıb və uzun illər istehsalda təhlükəsizlik məsəsələri
üzrə fəaliyyət göstərib.
Hal-hazırda institutda texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər çalışırlar. Onlar tərəfindən bu günədək 650-dən çox texniki normativ sənədlər hazırlanıb istifadəyə verilib.
Texniki təhlükəsizlik tədbirlərin istehsalat sahələrində tətbiq edilməsi üçün institutda mütəmadi olaraq 58 növ təlim həyata keçirilir.